ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, onun ilk prezidentlik dövründə əldə olunmuş sülh indi dağılaraq yerini böyük böhranlara verib.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında çıxışı zamanı bildirib.
Siyasətçinin sözlərinə görə, ilk prezidentlik müddətində dünya firavan və dinc olub, “lakin sonradan müharibə silahları sülhü dağıtdı”.
Tramp bildirib ki, məhz onun əvvəlki administrasiyası dövründə iki qitədə sülh bərqərar olub. Lakin Amerika lideri hesab edir ki, sakitlik və sabitlik dövrü artıq müasir dövrün ən böyük böhran mərhələsinə çevrilib.
Respublikaçı həmçinin qeyd edib ki, ABŞ-ı “qanunsuzluq, zəiflik və radikalizm” ilə dolu dörd ildən sonra – sələfi Co Baydenin dövründən sonra – gücləndirə bilib.
O əlavə edib ki, cəmi bir il əvvəl ABŞ böyük problemlər yaşayırdı, lakin indi onun administrasiyası sayəsində ölkə “dünyanın ən güclü dövlətlərindən biri” olub və heç kim onunla müqayisə oluna bilməz.