Lula da Silva: Ukrayna münaqişəsinin hərbi həlli yoxdurbackend

Lula da Silva: Ukrayna münaqişəsinin hərbi həlli yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın 15 avqustda Alyaskada baş tutan görüşü Ukraynada münaqişənin sülh yolu ilə həlli ilə bağlı ümid yaradıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Braziliya lideri Luis İnasio Lula da Silva BMT Baş Assambleyasının 80-ci sessiyasının açılışında bildirib, – deyə TASS yazır.

“Artıq hər kəs anlayır ki, [Ukrayna üzrə] münaqişənin hərbi həlli olmayacaq”, – Lula da Silva vurğulayıb.

Onun fikrincə, münaqişə tərəfləri yaranmış böhranın həlli üçün real yollar işləyib hazırlamalı və təhlükəsizlik sahəsində bütün iştirakçıların qanuni narahatlıqlarını nəzərə almalıdırlar.