Adnanın əmlaklarına həbs qoyuldu, xanımının bank hesabları bağlandıbackend

Adnanın əmlaklarına həbs qoyuldu, xanımının bank hesabları bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadənin Azərbaycandakı əmlaklarına həbs qoyulub.
NOCOMMENT.az Gününsəsi.info-ya istinadla xəbər verir ki, iş adamına məxsus “Port Baku”dakı mənzilinə, bazarına, bu yaxınlarda “Sea Breeze”də aldığı yeni bir neçə mənzilə, çoxsaylı avtomobillərinə həbs qoyulub.
Bundan başqa Adnan Əhmədzadənin özünün və həyat yoldaşı Gülsəfa Cəfərovanın Azərbaycan banklarındakı hesabları da bloklanıb.
Qeyd edək ki, Adnan Əhmədzadə bir neçə gün əvvəl həbs edilib.
O, mənimsəmə, dövlətin iqtisadi təhlükəsizliyinə təhdid yaradan cinayətlərdə ittiham olunur.