Bakıda tramvay xətləri bu ərazilərdə çəkiləcək – AÇIQLAMAbackend

Bakıda tramvay xətləri bu ərazilərdə çəkiləcək – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın bir çox ölkəsində tramvay xətləri həm ictimai nəqliyyatın rahatlığını təmin edir, həm də şəhərlərdə tıxac probleminin azalmasına mühüm töhfə verir. Bu nəqliyyat növü ekoloji baxımdan daha təmiz, səmərəli və iqtisadi cəhətdən sərfəli hesab olunur. Tramvayların əsas üstünlüklərindən biri isə sərnişin axınını tənzimləməklə yanaşı, şəhərin mərkəzində avtomobil sıxlığını əhəmiyyətli dərəcədə azaltmasıdır.

Bəs Bakıda yeni tramvay xətləri çəkilməsi ilə bağlı hansı planlar mövcuddur?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayev bildirdi ki , tramvay xəttinin çəkilməsi planlaşdırılıb:

“Əvvəl Mehdiabaddan nəzərdə tutulmuşdu, indi isə “SeaBreeze”ə qədər uzadılacaq. “SeaBreeze”dən “28 May”a qədər tramvay xəttinin çəkilməsi planlaşdırılır, amma əvvəlki yerlərdə olmayacaq. Çünki tramvay deyiləndə bəzi insanlar düşünür ki, əvvəlki kimi şəhərin mərkəzində olacaq. Amma şəhər artıq formalaşıb, binalar tikilib, çoxmərtəbəli yaşayış massivləri salınıb. Belə bir şəraitdə tramvay xətlərini yerləşdirmək mümkün deyil, bu, böyük söküntülərə səbəb ola bilər və sərfəli sayılmır. Lakin qeyd olunan istiqamətdə, “SeaBreeze”dən “28 May”a qədər xəttin çəkilməsi nəzərdə tutulub. Bundan əlavə, bulvar boyunca tramvay xəttinin salınması da planlaşdırılır. Bu da əslində layihəyə daxil edilib”.