ABŞ: Ukrayna münaqişəsinə hərbçi göndərilməyəcəkbackend

ABŞ: Ukrayna münaqişəsinə hərbçi göndərilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hakimiyyəti heç bir halda Ukraynada gedən münaqişəyə öz hərbçilərini cəlb etməyəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Fox News” telekanalına açıqlamasında ABŞ maliyyə naziri Skott Bessent bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi artıq NATO sərhədlərinə doğru irəliləməyə başlayıb.

“Bu səbəbdən bir şeyi deyə bilərəm: ABŞ heç bir hərbi əməliyyata və ya hər hansı başqa vəziyyətə qarışmaq niyyətində deyil”, – deyə o vurğulayıb.

Bessent əlavə edib ki, ABŞ tərəfi silah satacaq, Avropa ölkələrinin nümayəndələri isə həmin silahları Ukraynaya ötürəcəklər.