Norveçin “Borgen” klubunun həndbolçusu Nikolay Dahlinq ölkə çempionatının oyunu zamanı azarkeşə hücum etdiyi üçün iki oyunluq cəzalanıb.
NOCOMMENT.az bildirir ki, bu barədə TV2 telekanalı xəbər verir.
Hadisə “Follo” ilə oyunda baş verib. Dahlinq reklam baryerlərinin üstündən tullanaraq, rəqib azarkeşin əlindən meqafonu qoparıb.
Dahlinq daha sonra tribunadan şəxsi təhqirlər eşitdiyini iddia etdi. Norveç Həndbol Assosiasiyasının İntizam Komitəsi Borgen oyunçusunu iki oyunluq cəzalandırıb, Follo isə cərimələnib.