Binə qəsəbəsi üçün yeni marşrut xətti açılacaq? – AYNA-dan CAVABbackend

Binə qəsəbəsi üçün yeni marşrut xətti açılacaq? – AYNA-dan CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binə qəsəbəsi Bakının ən böyük yaşayış massivlərindən biridir. Son illərdə əhalinin sürətlə artması, sıxlıq və tıxac probleminin dərinləşməsi nəticəsində qəsəbə sakinlərinin ictimai nəqliyyata olan tələbatı da yüksəlib.

Hazırda Binə – “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində fəaliyyət göstərən 160 nömrəli müntəzəm marşrut xətti sərnişin axınını qarşılamaqda çətinlik çəkir.

NOCOMMENT.az bildirir ki, sakinlərin Oxu.Az-a verdiyi məlumata görə, avtobuslarda tez-tez nasazlıqlar yaranır, sərnişinlər mənzilbaşına çatmadan yolun ortasında düşürülürlər, marşrut xəttində sıxlıq və gediş-gəliş problemləri yaşanır.

Bəs görəsən, Binə qəsəbəsi üçün yeni marşrut xəttinin açılması ilə bağlı hər hansı plan varmı? Qəsəbənin artan əhalisini nəzərə alaraq, yaxın vaxtlarda Binə istiqamətində ictimai nəqliyyatın yükünü azaltmaq üçün əlavə nəqliyyat həlləri nəzərdə tutulurmu?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Oxu.Az-ın sorğusunu cavablandırıb.

Qurumdan bildirilib ki, Binə qəsəbəsini metronun “Koroğlu” stansiyası ilə əlaqələndirən 160 nömrəli marşrut xəttində gündəlik olaraq 17 avtobus 7-10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir:

“Günün pik saatlarında marşrutların hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı səbəbindən hərəkət intervalında artım müşahidə edilə bilər. Daşıyıcıya marşrut üzrə avtobusların sayının sərnişin axınına uyğun nizamlanması, günün pik saatlarında xətlərə əlavə avtobusların cəlb edilməsi və sərnişindaşıma normalarına riayət edilməsi ilə bağlı tapşırıq verilib.

AYNA tərəfindən tətbiq edilən yeni marşrut şəbəkəsi çərçivəsində Binə qəsəbəsinin ərazisi təhlil edilib və yeni xətlər simulyasiya edilib. Yeni şəbəkə üzrə artıq 340 nömrəli Binə-Mərdəkan qəsəbələrarası marşrut fəaliyyətə başlayıb. Həmçinin qəsəbədaxili yeni şəbəkə üzrə marşrutların bir daha müsabiqəyə çıxarılması nəzərdə tutulub. Tələbat müəyyən edilən ərazilərə əlavə xətlərin təşkili məsələsinə baxılacaq”.