Azərbaycan xəstəxanaları ilə bağlı ŞOK SİRR AÇILDI – Həkimlərin…backend

Azərbaycan xəstəxanaları ilə bağlı ŞOK SİRR AÇILDI – Həkimlərin…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İlk növbədə, dərman preparatlarının daxili istehsalı artırılmalıdır. Bunsuz dərmanların qiymətlərini tənzimləmək çox çətin olacaq”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a radioloq Aydın Əliyev deyib.

O bildirib ki, ölkənin səhiyyə sistemində həllini gözləyən bir sıra aktual problem var: Dördpendirli pizza

“Mütləq şəkildə dərman istehsalına başlamalı və bazarda sərbəst rəqabət mühitinə imkan yaratmalıyıq. Digər tərəfdən, səhiyyə sahəsində kadr çatışmazlığı aktualdır.

Hazırda tibb işçilərinin maddi rifah halı yaxşı deyil. Həkimlərin aldığı məcavib gördükləri işə adekvat deyil. Tibb müəssisələrində həkimlər bəzən gündəlik 50-60 xəstə qəbul edirlər. Ancaq bunun müqabilində onların aylıq gəlirləri həm maaş, həm də bonus əlavəsi ilə birlikdə qənaətbəxş deyil. Ona görə də, bu pasient məmnunluğunun azalmasına da səbəb olur. Əksər hallarda isə pasientlərin narazı olduğunu görürük.

Daha bir problem isə tibb kadrlarının inkişaf etmiş ölkələrə axınıdır. Təəssüflər olsun ki, xarici ölkələrin bir çoxunda onların gördüyü işin müqabilində verilən məvacib bizdəkindən qat-qat daha yaxşıdır. İlk növbədə bu kimi problemlər həll edilməlidir”.

Aydın Əliyev qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən özəl xəstəxanaların xərci çox olduğu üçün, təqdim olunan xidmətlərin də qiyməti yüksəkdir:

“Qonşularımız arasında səhiyyə xidmətlərinin nisbətən ucuz olduğu ölkələr İran və Gürcüstandır. Digərlər ölkələrdə isə müalicə və əməliyyatlar bahadır. Avropa ölkələrində isə qat-qat daha bahadır. Azərbaycanda özəl xəstəxanaların təqdim etdiyi xidmətlərin baha olduğu deyə bilmərik. Çünki özəl klinikaların xərci çoxdur. Bunlar da istər-istəməz onların qiymət siyasətinə təsir edir.

Təsəvvür edin ki, özəl xəstəxanalar 1 milyon manat verib MRT cihazı alır. Deyək ki, 1 pasientdən MRT xidmətinə görə 150 manat ödəniş alınır. Burada aparatın amartizasiyası, işıq sərfiyyatı, işçilərin əməkhaqqı və s. çıxanda özəl xəstəxanaya 1 MRT müayinəsindən 50 manat pul qalır. İndi görün neçə nəfər olmalıdır ki, MRT cihazının xərci çıxarılsın.

Adətən, cihaz öz xərcini çıxarmadan xarab olur. Cihazın təmiri isə bahadır. Özəl klinikalar müayinə və müalicə cihazlarının maya dəyərini demək olar ki, çıxara bilmir. Əksəriyyəti zərərlə işləyir. Sığorta tətbiqindən öncə bəli, özəl klinikalar yüksək mənfəətlə işləyirdi. Hazırda isə çox çətindir. Yaxşı olar ki, dövlət tibb müəssisələrində gərginliyi azaltmaq üçün özəl klinikalara oxşar şəraitlər yaratsın”.

Xatırladaq ki, dünyada səhiyyə xidmətlərinin ən yaxşı təşkil edildiyi şəhərlərin siyahısı məlum olub. Məlumat “Numbeo” (yaşayış şəraiti üzrə məlumat bazası) portalında yer alan “Şəhərlər üzrə Səhiyyə İndeksi 2025” adlı hesabatda yer alıb. Siyahıda yer alan 314 şəhər arasında Bakı 302-ci yerdə qərarlaşıb.