Mahmud Abbas: “Silah ancaq dövlətin əlində olmalıdır”backend

Mahmud Abbas: “Silah ancaq dövlətin əlində olmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin prezidenti Mahmud Abbas bəyan edib ki, müharibə başa çatdıqdan sonra HƏMAS Qəzzanın idarə olunmasında heç bir rol oynamayacaq və silahlarını təhvil verməlidir.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini Associated Press yayıb.

Vizasını ABŞ ləğv etdikdən sonra videobağlantı ilə çıxış edən Fələstin lideri həmçinin dünya liderlərinə bildirib ki, xalqı 2023-cü ildə HƏMAS-ın İsrailə hücumunu “rədd edir”.

Bundan əlavə, Abbas BMT Baş Assambleyasında qeyd edib ki, Qəzza sektorundakı fələstinlilər İsrail tərəfindən başladılan “soyqırımı, dağıntılar, aclıq və məcburi köçürülmə müharibəsi” ilə üzləşirlər.

Fələstin prezidentinin çıxışı İsrailin baş naziri Benyamin Netanyahunun Nyu-Yorka səfəri ərəfəsinə təsadüf edib.