Kimi dörd ildir köçüb, kimi 7-8 il…
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Maştağanın Çiləgil qəsəbə sakinləri yeni tikdikləri evlərinə qaz xətti çəkdirmək istədilər, amma aldandılar.
Adını çəkdikləri şəxs özünü “Azəriqaz”ın əməkdaşı kimi təqdim edərək sakinlərdən külli miqdarda pul toplayıb. Məsələnin üstü açıldıqdan sonra isə o, həbs edilib.
Sakinlər deyir ki, biz bu qəbzlərlə öz adımıza olan sayğacların pulunu ödəyirik.
Məsələ ilə bağlı Azəriqaz İstehsalat Birliyindən mövcud xətlərin birliyin texniki şərti olmadan çəkildiyi bildirilib. Eyni zamanda bu kimi hallara qarşı qurumun dəfələrlə sakinləri məlumatlandırdığını dilə gətiriblər:
Qurumdan o da bildirildi ki, qanunsuz xətlərin çəkilməsi, qeydiyyata alınmayan sayğaclardan istifadə sonunda hələ abonent olmayan vətəndaşların özləri üçün ciddi problemlərə gətirib çıxaracaq. Ona görə də bu kimi hallara qarşı vətəndaşların diqqətli olmağı tələb olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.