Dövlət vəsaiti 5 pikap və 1 sedan üçün necə xərclənir?backend

Dövlət vəsaiti 5 pikap və 1 sedan üçün necə xərclənir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Göygöl Milli Parkı “Avtomobil nəqliyyat vasitələri”nin satın alınması üzrə tender keçirib və qalib “TOYOTA Abşeron Center” MMC olub.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tərəflər arasında bağlanmış müqavilənin dəyəri 411.500 manat təşkil edir.

Sazişə əsasən, 5 ədəd pikap tipli və 1 ədəd sedan tipli avtomobil alınacaq. Hər bir nəqliyyat vasitəsinin buraxılış ili 2025 olmalı və yürüşü 0 km göstərilməlidir.

“TOYOTA Abşeron Center” MMC-nin nizamnamə kapitalı 100 min manatdır, qanuni təmsilçisi isə Cəmil Məmmədov Böyükağa oğludur.