Zelenski: Ukrayna hava məkanı, ehtimal ki, macar dronları tərəfindən pozulubbackend

Zelenski: Ukrayna hava məkanı, ehtimal ki, macar dronları tərəfindən pozulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin hava məkanının, ehtimal ki, Macarıstana məxsus pilotsuz uçuş aparatları tərəfindən pozulduğunu bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə özünün Telegram kanalında açıqlama verib.

“Ukrayna hərbçiləri hava məkanımıza kəşfiyyat dronlarının daxil olmasını qeydə alıblar və bu, yəqin ki, macar dronlarıdır”, – deyə Zelenski bildirib.

Prezidentin sözlərinə görə, həmin PUA-lar sərhədyanı bölgələrdə sənaye infrastrukturuna dair məlumat toplayaraq kəşfiyyat fəaliyyəti ilə məşğul ola bilərdilər.

Zelenski məsələ ilə bağlı hər bir sənədləşdirilmiş hava məkanı pozuntusunun diqqətlə araşdırılması və ayrıca hesabat hazırlanması barədə göstəriş verib.