Hipotetik olaraq Rusiyanın “Topol” qitələrarası ballistik raketinin Kembricə zərbəsi fəlakətli nəticələrə səbəb ola bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Britaniyanın Express nəşrində yazılıb.
Nəşrdə qeyd olunur ki, bir çox analitiklər yeni, nüvə silahının tətbiq oluna biləcəyi dünya müharibəsindən narahatdırlar.
“Variantlardan biri Rusiyanın mövcud 800 kiloton gücündəki ‘Topol’ raketidir. Onun Kembricə düşməsi həqiqətən də fəlakətli nəticələr doğura bilər”, – deyə materialda bildirilir.
Məlumata görə, zərbə yerində 2,9 kvadrat kilometr ərazini əhatə edən alov kürəsi yaranacaq və onun daxilində hər şey “praktiki olaraq buxarlanacaq”.