Ağcabədinin Pərioğullar kənd körpələr evi-uşaq bağçasında uşaqlara quru çörək və su verilir.
Bu iddia ilə Ağcabədinin Pərioğullar kənd sakini Afıqə Şirinova “Xəzər Xəbər”ə müraciət edib və videolar göndərib.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, kənddəki uşaq bağçasında xadimə işləyən Afıqə Şirinova iddia edir ki, 5 ildir bağça rəhbərliyi dəyişdikdən sonra orada qanunsuzluqlar hökm sürür. Şahidi olduğu qanunsuzluqlardan ən əsası isə uşaqların ərzaq normalarının kəsilməsidir.
Səsləndirilən iddialara valideynlərin də rəyini öyrənmək istədik. Elə şikayətçi tərəfin özünün də çağırdığı valideynlərin sözügedən məsələyə münasibətləri bu cür oldu.
Bağçanın aşpazı Solmaz Bədəlova vurğulayıb ki, verilən qida normaları hər gün gələn uşağın sayına uyğun şəkildə tələb edilir.
Uşaq bağçasının müdiri Gülnarə Axundova səhhətilə əlaqədər olaraq müsahibə verməsə də, şifahi olaraq “Xəzər Xəbər”ə bildirdi ki, səsləndirilən iddia və ittihamlar tamamilə əsassızdır.
Qarabağ Regional Təhsil İdarəsindən də qeyd edildi ki, Ağcabədinin Pərioğullar kənd körpələr evi-uşaq bağçası ilə bağlı təqdim edilən görüntülər və səsləndirilən iddialarla bağlı müvafiq araşdırma aparılacaq. Nəticəsindən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.