“Aqrar Sığorta” ilk 8 ayda 15 milyon 395 min manat sığorta haqqı toplayıb.
NOCOMMENT.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Şirkətin yığımları son bir illə müqayisədə 3 milyon 479 min manat (29,2%) artıb. Ötən il yığımlar 11 milyon 916 min manat idi.
Ödənişlər isə 1 milyon 391 min manat (40,2%) artaraq 4 milyon 850 min manat olub. Ötən il ödənişlər 3 milyon 459 min manat olmuşdu.