Hakan Fidan: Məhdudiyyətlər iki NATO ölkəsi arasında hüquqi problem yaradırbackend

Hakan Fidan: Məhdudiyyətlər iki NATO ölkəsi arasında hüquqi problem yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İki NATO müttəfiqi olan ölkə arasında hərbi texnologiyaların tədarükündə hüquqi məhdudiyyətlər sistemli problemlər yaradır”.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Nazir qeyd edib ki, hazırda Türkiyə F-35 təyyarələrinin alınması ilə yanaşı, KAAN döyüş təyyarələrində istifadə olunan mühərriklərin alınması üçün də lisenziya gözləyir. O, bu lisenziyanın KAAN-ların istehsalına başlamaq üçün vacib olduğunu vurğulayıb.

Onun sözlərinə görə, ABŞ tərəfi BAYKAR şirkətinin istehsal etdiyi texnologiyanın ABŞ üçün də bir istehsal sahəsi olmasını istəyir.

Bundan əlavə, Türkiyə ABŞ bazarına da hərbi texnika və silah satışına davam edə bilir.

Nazir vurğulayıb ki, Türkiyə üçün əsas məsələ iki ölkə arasında hər hansı məhdudiyyətin olmamasıdır.

“Bu, müttəfiqlik ruhuna və strateji tərəfdaşlıq ruhuna yaraşmır” – diplomat bildirib.