Misirli atlet 700 tonluq gəmini dişləri ilə çəkərək Ginnesin “Rekordlar” kitabına düşübbackend

Misirli atlet 700 tonluq gəmini dişləri ilə çəkərək Ginnesin “Rekordlar” kitabına düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirli ağırlıqqaldıran və pauerliftinq üzrə dünya çempionu Əşrəf Məhəmməd 700 tonluq gəmini dişləri ilə çəkərək Ginnesin “Rekordlar” kitabına düşüb.

NOCOMMENT.az xəbər verir ki, “Report” bu barədə “Al Khaleej” qəzetinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, idmançı Misirin Hurqad şəhərindəki çimərlikdə gəmini müvəffəqiyyətlə yedəkləyib.

Rekord üçün yer seçimi təsadüfi deyildi: Məhəmməd şəxsən Hurqadada israr edirdi, ümid edirdi ki, onun nailiyyəti kurort bölgəsinə əlavə turistlər cəlb edəcək.

İdmançı çəkisi 600 tondan çox olan gəmini dişləri ilə suda 16 metrdən çox çəkən ukraynalı idmançı Oleh Skavışın əvvəlki rekordunu üstələyib.