“AccessBank” Qapalı Səhmdar Cəmiyyəti səyyar vergi yoxlamaları nəticəsində əlavə vergi və maliyyə sanksiyasına cəlb edilib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, səyyar vergi yoxlamaları üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində bank üçün 337,017.09 manat əlavə vergi və 214,048.57 manat maliyyə sanksiyası hesablanıb.
Beləliklə, “AccessBank” ümumilikdə 551,065.66 AZN cərimələnmiş olur.
Qeyd edək ki, nizamnamə kapitalı 121,749,658 AZN olan bankın Müşahidə Şurasının sədri Oleq İvaniyçuk, İdarə Heyətinin sədri isə Davit Tsiklauridir.