“Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsi sair torpaq-tikili avadanlıqları və müxtəlif mebel dəstlərinin satın alınması üzrə tender elan edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 108.525,19 manat təşkil edir. Layihə çərçivəsində universitet üçün 300 ədəd iso oturacaq, 270 dəst ikinəfərlik parta, müxtəlif ölçülü konfrans masaları, tribuna, toplantı masası, divar üzlənməsi üçün laminat material, jalüzlər, kreslolar, şkaflar, çarpayılar və digər avadanlıqlar alınacaq.
Şərtlərə əsasən, istifadə olunacaq metal və laminat materialların keyfiyyət göstəriciləri təsdiqedici sənədlərlə təqdim edilməli, həmçinin formaldehid emissiyası E1 sinfinə uyğun olmalıdır.
Yaqub Maksim oğlu Piriyev Bakı Mühəndislik Universitetinin rektorudur.