Böyük Britaniyanın müdafiə naziri Putinə müraciət edibbackend

Böyük Britaniyanın müdafiə naziri Putinə müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın müdafiə naziri Con Healey Rusiya prezidenti Vladimir Putinə Ukraynadakı münaqişə ilə bağlı müraciət edib.

NOCOMMENT.az bildirir ki, bu barədə Sky News xəbər verir.

” Bu gün Liverpuldan Moskvaya mesajımız budur: Prezident Putin, siz qalib gəlməyəcəksiniz. Sülh edin”, – Healey Leyboristlər Partiyasının konfransında çıxış edərkən deyib.

Britaniya hərbi departamentinin rəhbəri əlavə edib ki, o, Ukraynanın təhlükəsizliyini Böyük Britaniyanın öz təhlükəsizliyinin ayrılmaz hissəsi hesab edir və Londonun Kiyevə dəstəyini davam etdirəcəyini vurğulayıb .

Bundan əvvəl ABŞ-ın vitse-prezidenti J.D.Vens bəyan etmişdi ki , Rusiya “oyanmalı və reallığı qəbul etməlidir”. O əlavə edib ki, ABŞ administrasiyasının Ukraynadakı münaqişənin həlli ilə bağlı mövqeyi dəyişməyib və Vaşinqton sülh üçün səylərini davam etdirəcək.