Macarıstan liderindən sərt açıqlama: “Ukrayna özünü suveren aparmamalıdır”backend

Macarıstan liderindən sərt açıqlama: “Ukrayna özünü suveren aparmamalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban Ukrayna ərazisinin hava məkanının pozulması ilə bağlı ittihamları şərh edərək bildirib ki, bu vacib deyil, çünki ölkə “suveren deyil”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə HVG.hu saytı Orbanın Harcosok órája podkastına istinadla məlumat verib.

Siyasətçi Macarıstanın Ukraynaya hücum etmə niyyətinin olmadığını vurğulayıb və bildirib ki, Volodimir Zelenski ölkənin şərqindəki vəziyyətlə maraqlanmalıdır.

“İndi önəmli deyil, iki, üç və ya dörd Macarıstan dronu sərhədi keçibmi. Tutaq ki, bir neçə metr daxil olub, və sonra nə oldu? Ukrayna müstəqil, suveren ölkə deyil, biz onu saxlayırıq, o da özünü suveren kimi aparmamalıdır”, – deyə Orban əlavə edib.