Sulutəpədə məhəllələr üfunət qoxur – ACINACAQLI VƏZİYYƏT – VİDEObackend

Sulutəpədə məhəllələr üfunət qoxur – ACINACAQLI VƏZİYYƏT – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üfunət qoxan küçələr, dizə qədər palçıq… Nə nəfəs almaq mümkündür, nə də mənzilbaşına rahat çatmaq…

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsi Qafqaz küçəsi 19-cu döngədəndir.

Sakinlər deyirlər ki, istər yayda, istərsə də qışda bu küçədən keçmək onlar üçün müşkülə çevrilir. Kanalizasiya lükları dolub daşır. Yağmurlu havalarda isə vəziyyət daha acınacaqlı olur.

İri Şəhərlərin Burləşmiş Su Təhcizatı xidmətindən bildirldi ki, qeyd olunan ünvanda İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. Mövcud olan xətlər isə əhali tərəfindən primitiv üsulla çəkilib. O da qeyd edildi ki, kanalizasiya təchizatı və yağış drenaj xətləri olmayan ərazilərdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə təchizatın qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb.

Şəbəkələrin inşası Agentliyin tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.