Əli Əsədov Hökumətlərarası Şuranın iclasında çıxış etdibackend

Əli Əsədov Hökumətlərarası Şuranın iclasında çıxış etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əli Əsədov Minskə işgüzar səfəri çərçivəsində bu gün Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak edib.

NOCOMMENT.az xəbər verir ki, iclasda çıxış edən baş nazir iqtisadi-ticari əməkdaşlığı Azərbaycanın Aİİ üzv ölkələri ilə əlaqələrinin fundamental vektoru kimi dəyərləndirib.

O qeyd edib ki, 2025-ci ilin ilk səkkiz ayında Azərbaycanın Aİİ üzv ölkələri ilə ticarət dövriyyəsi 22%-dən çox artıb.

Nəqliyyat-tranzit sektorunda əməkdaşlığa toxunan Ə.Əsədov bildirib ki, bu, qarşılıqlı ticarətin, investisiyaların artırılması, yeni iqtisadi imkanların inkişafı üçün mühüm potensiala malik olduğu üçün gündəlikdə xüsusi yer tutur.

Ə.Əsədov Orta Dəhlizin əhəmiyyətini vurğulayıb:

“Son 3 ildə bu dəhliz üzrə Azərbaycan ərazisindən keçən yükdaşımaların həcmi demək olar ki, 90% artıb ki, bu da onun artan səmərəliliyinin və daha çox tələbat olmasının inandırıcı sübutudur”.

Ə.Əsədov Xəzər dənizinin dayazlaşması məsələsinə də diqqət çəkib:

“Təəssüf ki, Xəzər dənizinin ekoloji vəziyyəti sürətlə pisləşir. Xəzər regionunda potensial ekoloji fəlakətin qarşısının alınması Xəzəryanı ölkələrin təcili birgə səylərini tələb edir. Azərbaycan əvvəllər əldə edilmiş razılaşmalara sadiq qalaraq, bu problemin birgə həlli yollarını tapmaq üçün əməkdaşlığı gücləndirməyə hazırdır”.