ABŞ Prezidenti Donald Tramp Amerikanın nüvə potensialını bərpa etdiyini bəyan edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Kvantikoda ABŞ Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri qarşısında çıxış edən Tramp, nüvə silahının tətbiq edilməsinə ehtiyac qalmayacağına ümid etdiyini bildirib.
“Bizim nüvə potensialımızı bərpa etdim, yəqin ki, bunu bilirsiniz. Amma eyni zamanda onun modernləşdirilməsini də həyata keçirəcəyik — və ümid edirik ki, onu heç vaxt istifadə etməyə məcbur qalmayacağıq”, — deyə Tramp vurğulayıb.