Türkiyə Təhlükəsizlik Şurası Ukrayna münaqişəsinin həllində ölkənin daha çox məsuliyyət daşımağa hazır olduğunu açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Şura çərşənbə axşamı Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib. Toplantı nəticəsində yayılan bəyanatda baş verənlərlə bağlı narahatlıq ifadə edilib və Ankaranın həll prosesində “daha çox məsuliyyət daşımağa hazır olduğu” qeyd olunub. Eyni zamanda, narahatlıq yaradan konkret hadisələr açıqlanmayıb.