Tramp: Putin ABŞ-ı “dünyanın ən isti ölkəsi” adlandırıbbackend

Tramp: Putin ABŞ-ı “dünyanın ən isti ölkəsi” adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Virciniya ştatındakı hərbi bazada generallar qarşısında çıxışı zamanı iddia edib ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-ı dünyanın “ən isti” ölkəsi adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, tədbirin yayımı ABŞ Müdafiə Nazirliyinin rəsmi YouTube kanalında aparılıb.

“Biz dünyada ən isti ölkəyik, buna yaxın olan yoxdur. Bunu Putin mənə dedi”, — deyə Tramp vurğulayıb.

Bundan əlavə, ABŞ lideri rusiyalı həmkarı ilə Alyaskada keçirdikləri görüşün “yaxşı” olduğunu bir daha qeyd edib. Eyni zamanda, Tramp Putinə qarşı məyusluğunu ifadə edərək bildirib ki, Rusiya Prezidenti münaqişəni bir həftəyə həll etməliymiş.