104 nömrəli avtobusda gedişhaqqı artırılıb? – VİDEObackend

104 nömrəli avtobusda gedişhaqqı artırılıb? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İctimai nəqliyyatda gedişhaqqının artırılması ilə bağlı qərar sabahdan qüvvəyə minsə də, bəzi avtobuslarda indidən artım olduğu iddia edilir.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, sakinlər 104 nömrəli müntəzəm marşrut üzrə fəaliyyət göstərən avtobuslardan şikayətçidirlər.

Onlar deyirlər ki, bu gün sentyabrın 30-dur, ancaq indidən həmin marşrut avtobuslarında gedişhaqqı 55 qəpik çıxılır.

Sərnişinlərin iddiasına görə, 104 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda şənbə günündən etibarən gedişhaqqı 55 qəpik olub.

O da bildirildi ki, əvvəl bu marşrut xətti üzrə hərəkət edən avtobuslar köhnə olub, ancaq indi xəttə yeni “BakuBus” avtobusları buraxılıb.

Sürücü isə gedişhaqqının şirkət rəhbərliyi tərəfindən belə təyin olunduğunu bildirdi.

Sözügedən marşrut xətti üzrə fəaliyyət göstərən dispetçer kamera qarşısında danışmaq istəməsə də, bildirdi ki, 104 nömrəli marşrut xətti “Həzi Aslanov” metrostansiyasının yaxınlığından Yeni Suraxanı, həmçinin əks istiqamətdə fəaliyyət göstərir. Bu məsafə uzun olduğundan, əslində, elə əvvəldən gedişhaqqı 50 deyil, 55 qəpik təyin olunub. Sadəcə həmin avtobuslar əvvəllər kartla ödənişə keçmədiyindən sərnişinlərə 5 qəpik qaytarılması çətin olub. Ona görə onlardan 50 qəpik alınıb. İndi isə bu marşrut xətti üzrə hərəkət edən avtobuslarda nağdsız ödənişə keçildiyindən kart balansından gedişhaqqı 55 qəpik çıxılır. 

Məsələ ilə bağlı AYNA-dan isə “Xəzər Xəbər”ə bildirildi ki, 104 nömrəli marşrutda nağdsız ödənişin tətbiqi, marşrutun uzunluğu və sərnişinlərin dayanacaqlar üzrə marşrutdan istifadəsi nəzərə alınaraq tarif 55 qəpik təyin edilib. Maraqlıdır ki, Agentliyin açıqlamasında bunun yeni qərar olub-olmadığı, yoxsa həmin marşrutda kart sisteminə yeni keçildiyi üçünmü belə edildiyinə aydınlıq gətirilməyib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.