Badamdarda söküntü aparılan ərazidə yaşayan bəzi sakinlər narazılıq edirlər – VİDEObackend

Badamdarda söküntü aparılan ərazidə yaşayan bəzi sakinlər narazılıq edirlər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsində yerləşən həyət evlərinin söküntüsü başlayıb, bəzi ailələr köçürülüb, lakin hələ də ərazidə yaşayanlar var.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, sakinlər iddia edirlər ki, 5 aydır mənzillərinin sökülərək onların ərazidən köçürülməsi ilə bağlı danışıqlar gedir. Ərazidə yaşayan 6 ailədən 3-ü köçürülüb, qalan 3 mənzildə yaşayanlar isə nə köçə, nə də evlərində rahat yaşaya bilirlər. Boşaldılan evlərin söküntüsü onların evlərini, hasarlarını yararsız hala salır.

Sakinlərin sözlərinə görə, mənzillərinin çıxarışı var, köçməyə də hazırdırlar, lakin kompensasiya onları qane etmir.

Şikayətçilər iddia edirlər ki, ərazidə söküntünün kim tərəfindən hansı məqsədlə aparıldığı hələ tam məlum deyil. Lakin onlarla danışıq aparan şəxslər elə Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşlarıdır.

Biz də məsələnin təfərrüatlarını öyrənmək üçün Səbail Rayon İcra Hakimiyyətinə müraciət etdik. Lakin qurumdan heç bir cavab ala bilmədik. Sakinlərin isə yeganə istəyi bazar dəyərinə uyğun kompensasiya ödənilərək köçürülmələri və ya həmin ərazidə bina tikiləcəksə, orada yaşayış sahəsi ilə təmin olunmalarıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.