Bir qrup işçi “Güvən Qrup” tikinti şirkətindən pullarını ala bilmədiklərini iddia edirlər – VİDEObackend

Bir qrup işçi “Güvən Qrup” tikinti şirkətindən pullarını ala bilmədiklərini iddia edirlər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Güvən Qrup” tikinti şirkətində çalışmış bir qrup vətəndaş pullarını ala bilmədiklərini iddia edirlər.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxt sakini Arif Bağırov 4 fəhlə və 4 ustası ilə birgə “Güvən Qrup “şirkətində 1 il 6 ay çalışıb. Bu müddətdə pullarının bir qismini alıblar, amma sonradan problem yaşayıblar.

Müsahibimizin sözlərinə görə, əvvəlcə usta kimi, daha sonra isə iş icraçısı vəzifəsində işləyib. Elə problemləri də bundan sonra başlayıb.

Arif Bağırov iddia edir ki, hətta ilk başda onunla müəyyən razılaşmaya gəlmək istəyən şirkət nümayəndələri daha sonra zənglərinə belə cavab verməyiblər.

Məsələdə adı hallanana şirkətin rəhbəri Fariz İmanov ilə əlaqəsi saxladıq. O, məsələyə belə aydınlıq gətirdi:

“Ayın 1000 manata işləyib. 8 ayda 8000 pul edir. 13 min hardan çıxıb, cibindəmi mənə pul xərcləyib? Mən ona deyirəm, mənə hesabat ver- nə xərcləmisən hara xərcləmisən. 20-30 min kartına pul atmışam onun. Əldən verdiklərimizin isə sayı-hesabı yoxdur. Hara nə xərcləyib, hesabat versin. 13 min manat deyir. Hesabat versin, 15 min verməsəm adam deyiləm”.

Qeyd edək ki, Arif Bağırov problemlə bağlı hüquq-mühafizə orqanlarına da şikayət edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.