TƏBİB-in tabeliyindəki İnnovasiya və Təchizat Mərkəzinin ilə “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına və uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair tədbirlər çərçivəsində dərman vasitələri”nin satın alınması üzrə müqavilə imzalanıb.
Müqavilənin ümumi məbləği 323.483,43 AZN təşkil edir.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, qalib şirkətə əvvəllər bir neçə dəfə maliyyə sanksiyaları tətbiq olunub. Belə ki, Operativ vergi nəzarəti çərçivəsində:
POS-terminalların quraşdırılması və istifadəsinə nəzarət zamanı 1000 manat,
Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması ilə bağlı dəfələrlə 1000 manatdan 6000 manatadək maliyyə sanksiyası tətbiq edilib.
Bildirək ki, “Zeytun Pharmaceuticals” MMC-nin sahibi BƏHRUZ ŞİRƏLİYEV ƏVƏZ OĞLUdur. MMC-nin nizamnamə kapitalı isə 2000 AZN, hüquqi ünvanı isə BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, OQTAY VƏLİYEV, ev 21C-dir. Mətbuatda gedən məlumatlara görə, Bəhruz Şirəliyev “Nurgün Holding”in rəhbəri Nuru Əliyevə yaxınlığı ilə bilinirdi. Təsadüfi deyil ki, vaxtilə Nuru Əliyevin sponsoru olduğu “Rəvan” futbol klubunun vitse-prezidenti Bəhruz Şirəliyev olub.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov, Mərkəzi Gömrük Hospitalının rəisi və baş həkimi isə Bəxtiyar Musayevdir.