Ermənistan beş ölkə ilə yeni nüvə enerji blokunun (kiçik modul reaktoru) tikintisinin mümkün variantlarını müzakirə edir.
NOCOMMENT.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan parlamentində hökumət saatı zamanı bildirib.
Onun sözlərinə görə, danışıqların əsasında geosiyasət deyil, iqtisadi səmərəlilik və təhlükəsizlik məsələləri durur.