ÇL: “Qarabağ”dan daha bir tarixi qələbəbackend

ÇL: “Qarabağ”dan daha bir tarixi QƏLƏBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Çempionlar Liqasının əsas mərhələsində “Kopenhagen”lə qarşılaşan “Qarabağ” oyunu 2-0 hesablı qələbə ilə bitirib. 

Oyunun 28-ci dəqiqəsində Zubirin, 83-cü dəqiqəsində isə Addainin dəqiq zərbəsi ilə “Qarabağ” oyundan qalib kimi ayrılıb.

Addai 83-cü dəqiqədə fərqi artırdı: 2-0.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ikinci hissə başlayıb.

***

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunun “Qarabağ” – “Kopenhagen” oyununda ilk hissə başa çatıb.

Komandalar fasiləyə 1:0 hesabı ilə yollanıblar.

***

Zubir matçın 28-ci dəqiqəsində “Qarabağ”ı hesabda önə çıxartdı: 1-0.

***

Bakıda “Qarabağ” və Danimarkanın “Kopenhagen” komandaları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu başlayıb.

Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 20:45-də start götürüb.

Qarşılaşmanı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edir.

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsinin I turunda Portuqaliyada “Benfika”ya qalib gəlib – 3:2. “Kopenhagen” isə evdə Almaniyanın “Bayer 04” klubu ilə heç-heçə edib – 2:2.

***

UEFA Çempionlar Liqasının “Qarabağ” – “Kopenhagen” oyunu üçün heyətlər bəlli olub.

NOCOMMENT.az xəbər verir ki, saat 20:45-də başlanacaq oyuna komandalar aşağıdakı tərkibdə çıxacaqlar:

“Qarabağ: Mateuş Koxalski, Bəhlul Mustafazadə, Kevin Medina, Mateus Silva, Elvin Cəfərquliyev, Pedro Bikaylo, Kadi, Leandro Andrade, Abdullah Zubir (k), Aleksey Kaşuk, Kamilo Duran.

Ehtiyat heyət: Şahruddin Məhəmmədəliyev, Fabiyan Buntiç, Sami Mmae, Kris Kuaku, Nəriman Axundzadə, Emmanuel Addai, Dani Bolt, Musa Qurbanlı, Toral Bayramov, Abbas Hüseynov, Hikmət Cəbrayılzadə, Bədavi Hüseynov.

“Kopenhagen”: Kotarski, Qabriel Pereyra, Xatsidiakos, Mukoko, Elyunussi, D.Larsson, Leraqer, Ueskas, Lopes, Robert, Dileyni (k).

Ehtiyat heyət: Runarsson, Buur, Qarananqa, Klasson, Sudzuki, Madsen, Zaqe, Melinq, Aşuri, Klem.