Ermənistanın Baş naziri Nikol Paşinyan Danimarkaya gedib.
NOCOMMENT.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə məlumatı Paşinyanın adminstrasiyası məlumat yayıb.
Bildirilir ki, Paşinyan oktyabrın 2-də Kopenhagendə keçiriləcək Avropa Siyasi Birliyinin 7-ci sammitində iştirak edəcək.
Səfər çərçivəsində Ermənistan hökumət başçısının beynəlxalq tərəfdaşlarla ikitərəfli görüşləri də nəzərdə tutulub.