“Qarabağ”ın tarixi qələbəsi paytaxtda belə qarşılandı – Bakı küçələri bu dəqiqələrdə / Videobackend

“Qarabağ”ın tarixi qələbəsi paytaxtda belə qarşılandı – Bakı küçələri bu dəqiqələrdə / Video 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda baş tutan matçda “Qarabağ” möhtəşəm nəticəyə imza atıb. Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Danimarkanın güclü klubu “Kopenhagen” üzərində 2:0 hesablı inamlı qələbə qazanıb.

NOCOMMENT.az xəbər verir ki, “Qarabağ”ın bu tarixi uğuru paytaxt Bakıda böyük coşqu ilə qarşılanıb. Final fitindən dərhal sonra minlərlə azarkeş küçələrə axın edərək qələbə sevincini bayram edib.

Böyükdən kiçiyə hər kəs əllərində bayraqlarla şəhərin mərkəzi küçələrini dolduraraq sevincli şüarlar səsləndirib.

Azarkeşlərin bu izdihamlı reaksiyası “Qarabağ”ın qazandığı qələbənin sadəcə futbol nəticəsi deyil, həm də milli birlik və qürur mənbəyi olduğunu bir daha sübut edib.

Daha ətraflı Baku TV-də: