ABŞ bu raketləri Ukraynaya versə, Rusiyanın cavabı… – Nebenzyadan xəbərdarlıqbackend

ABŞ bu raketləri Ukraynaya versə, Rusiyanın cavabı… – Nebenzyadan xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tomaqavk” raketləri Ukraynaya tədarük edilərsə, Rusiya qarşılıq vermək üçün bir yol tapacaq.

NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

“ABŞ administrasiyası Ukraynaya  “Tomaqavk” qanadlı raketləri vermək qərarına gəlsə, Rusiya ona da veriləcək cavab tapacaq”, – V.Nebenzya qeyd edib.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynaya mümkün “Tomaqavk” qanadlı raketlərinin çatdırılması məsələsini həll edilmiş hesab etmədiyini bəyan edib . Nazir bildirib, Kreml “Tomaqavks” Ukraynaya düşsə belə, hərbi vəziyyəti dəyişməyəcəyinə əmindir.