Məktəblinin ölümünə səbəb olan “Bakubus” sürücüsü ilə bağlı qərarbackend

Məktəblinin ölümünə səbəb olan “Bakubus” sürücüsü ilə bağlı qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali Məhkəmədə yol qəzası törətməkdə təqsirləndirilən Toğrul Məmməd-zadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

NOCOMMENT.az əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib. İttihama görə, hadisə 24 iyun 2024-cü il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən piyada keçidinin üzərindəqeydə alınıb.

Belə ki, “Bakubus” MMC-nin 33 saylı marşrut xəttində sürücü işləyən Toğrul Məmməd-zadə sözügedən rayonun Atatürk prospektindən Səttar Bəhlulzadə küçəsinə dönən hissəsində hərəkətdə olarkən piyada xəttində Leyla Qurbanlını vurub. Bu zaman məktəbli Leylanın yanında bacısı Zəhra da olub. Onlar birgə Binəqədi rayonu ərazisindəki basketbol məktəbinə məşqə gedirmiş. Binəqədi Rayon Məhkəməsinin hökmü ilə “Toğrul Məmməd-zadəyə 5 il 3 ay həbs cəzası verilib. Məhkəmə prosesi və ibtidai istintaq müddətində polisin nəzarəti altında olan sürücü məhkəmə zalındaca həbs edilib. Bakı Apellyasiya Məhkəməsinin hökmü dəyişdirmədən saxlayıb.