Nyu-Yorkun “La Quardia” hava limanında iki təyyarə toqquşub.
NOCOMMENT.az xəbər verir ki, “ABC News”un hava dispetçerlərinə istinadən yaydığı məlumata görə, insident nəticəsində bir nəfər yaralanıb.
Məlumata görə, “Delta” aviakompaniyasına məxsus iki regional təyyarə uçuş zolağında toqquşub. Toqquşmadan əvvəl təyyarələr aşağı sürətlə hərəkət edib.”Təyyarələrdən birinin sağ qanadı digərinin burnunu qoparıb. Pilotlar ən azı bir nəfərin xəsarət aldığını bildiriblər”, – məlumatda deyilir.
İnsidentdən sonra hava limanının əməkdaşları uçuş yolunun A və M seqmentlərini bağlamaq qərarına gəliblər.
Toqquşan təyyarələrə nə qədər zərər dəydiyi dəqiqləşdirilməyib.