Yeni yerüstü piyada keçidi tikilirbackend

Yeni yerüstü piyada keçidi tikilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumi uzunluğu 59.8 metr olan daha bir yerüstü piyada keçidi inşa edilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, yeni keçid Pirşağı–Xırdalan–Novxanı–M4 avtomobil yolu layihəsi çərçivəsində, yolun 19.5-ci kilometrliyində tikilir. Keçid iki giriş-çıxışdan ibarət olub, aşırım hissəsinin eni 4 metr, pilləkənlərin isə eni 2 metr olacaq. Yol səviyyəsindən 5.5 metr hündürlükdə yerləşən keçid üstüaçıq dəmir-beton konstruksiya şəklində inşa edilir. Əlavə olaraq, 2 metr enində oval tipli piyada pandusları da quraşdırılacaq ki, bu da keçidin əlçatanlığını artıracaq.

Hazırda keçidin dayaqlarının tikintisi davam edir.