Azərbaycanda satılan bu iki məşhur çaylarda təhlükəli maddələr var? – Araşdırılma başladı backend

Azərbaycanda satılan bu iki məşhur çaylarda təhlükəli maddələr var? – Araşdırılma başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Mətbuatda Rusiyada istehsal olunan bir sıra çay məhsullarında təhlükəli kimyəvi maddələrin aşkarlanması ilə bağlı məlumatlar yayılıb.

NOCOMMENT.az bildirir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ölkəmizə idxal olunan həmin çay brendlərindən – “Greenfield” və “Tess” çeşidlərindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Məlumata görə, yoxlamalar riskəsaslı yanaşma əsasında həyata keçirilir və araşdırmalar hazırda davam etdirilir.

Agentlik bildirib ki, nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.