Rusiyanın nüvə silahı dünyanın hər hansı digər ölkəsindən daha təkmildir.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday Konfransının plenar iclasında deyib.
“Biz bu baxımdan yaxşı iş görürük. Yəni bizim müasirlik səviyyəmiz dünyanın istənilən nüvə ölkəsindən yüksəkdir. Biz sadəcə olaraq bunun üzərində çox çalışmışıq”, – Putin qeyd edib..
O bildirib ki, Rusiya və ABŞ arasında strateji silahlar baxımından “paritet” yaranıb.
“Amerikalıların daha çox sualtı qayıqları var, lakin həmin qayıqlardakı nüvə başlıqlarının sayı hər ikimizdə təxminən eynidir. Onlarda strateji təyinatlı nüvə sualtı qayıqları daha çoxdur, bizdə bir qədər azdır. Amma bizdə çoxməqsədli qayıqlar üstünlük təşkil edir və onların da rolu çox ciddidir. Bundan başqa, bizdə Raket Qoşunları – yerüstü strateji raket qüvvələri var”, – Putin vurğulayıb.