Yaşa görə dəriyə düzgün qulluqbackend

Yaşa görə dəriyə düzgün qulluq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dərinin sağlam qalması üçün hər yaş dövründə fərqli qulluq üsulları tələb olunur.

NOCOMMENT.az  yaşa görə dəriyə düzgün qulluq üsullarını təqdim edir:

 

20 yaşlarda gündəlik təmizlik, pilinq və günəşdən qoruyucu əsas şərtlər sayılır. C vitamini və hialuron turşulu nəmləndiricilər də tövsiyə olunur.

30 yaşlarda nəm itkisi artır, xırda qırışlar görünməyə başlayır. Bu mərhələdə göz ətrafı üçün intensiv kremlər və retinoik turşulu məhsullar faydalı olur.

40 yaşlarda kollagen istehsalı azalır, dəri sallanır. Anti-age kremlər və güclü nəmləndiricilər vacibdir.

50 yaşlarda isə dəri həcmi azalır. PRP və hialuron inyeksiyaları kimi prosedurlar daha çox gündəmə gəlir.

Mütəxəssislər makiyajla yatmamağı, bol su içməyi, balanslı qidalanmanı və günəşdən qorunmağı hər yaş dövrü üçün əsas qayda kimi vurğulayır.