Rusiya ordusu oktyabrın 3-nə keçən gecə Ukraynanın qaz hasilatı infrastrukturuna indiyədək ən böyük hücumu həyata keçirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb.
Xarkov və Poltava vilayətlərində yerləşən obyektlərə 35 raket və 60 pilotsuz uçuş aparatı ilə zərbə endirilib.
Qeyd edilir ki, bu, müharibənin başlanğıcından bəri qaz hasilatı sisteminə qarşı ən genişmiqyaslı hücumdur.