Rusiya paytaxtından 1,5 min miqrant deportasiya olunurbackend

Rusiya paytaxtından 1,5 min miqrant deportasiya olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvanın hüquq-mühafizə orqanları ölkədə qanunsuz yaşayan 1,5 min xarici vətəndaşın müxtəlif qanun pozuntularına görə Rusiyadan çıxarılması barədə qərar qəbul edib.

NOCOMMENT.az  xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, xarici vətəndaşların üçdə biri artıq deportasiya edilib.

“Nəticədə, təxminən 1,4 min xarici vətəndaş barəsində deportasiya qərarı qəbul edilib və 450-dən çox xarici vətəndaş deportasiya edilib”, – məlumatda qeyd olunub. Polisin məlumatına görə, 2025-ci ilin əvvəlindən Moskvada müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 240-dan çox vətəndaş aşkar edilib.

Bundan əlavə, ötən dövr ərzində 32 şəxs barəsində Rusiya vətəndaşlığının ləğvi barədə qərarlar qəbul edilib.

Qurumdan bildirilib ki, cari ilin əvvəlindən miqrasiya sahəsində 58 mindən çox qanun pozuntusu aşkar edilib.