Xadimə işlədiyi evdən oğurluq etdibackend

Xadimə işlədiyi evdən oğurluq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
NOCOMMENT.az  Qaynarinfo-ya istinadən xəbər verir ki, 1993-cü ildə Bakı şəhərində doğulmuş S.Svetlananın Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, təqsirləndirilən şəxs xadimə kimi işlədiyi mənzilin dəhlizindəki ayaqqabı dolabındakı karton qutudan hissə-hissə olmaqla ümumilikdə 2800 manat pulu, həmçinin dəyəri 300 manat olan sırğanı oğurlayıb.
Məhkəmənin hökmü ilə Svetlana Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 5 ay müddətinə azadlıqdan məhrum edilib.