Ukraynada azərbaycanlı dron hücumu nəticəsində həlak olubbackend

Ukraynada azərbaycanlı dron hücumu nəticəsində həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donetsk vilayətinin Konstantinovka şəhərinin azərbaycanəsilli sakini, əslən Xaçmaz şəhərindən olan, 1968-ci il təvəllüdlü Abbasov Müzəffər Sabir oğlu Rusiyanın dron zərbəsi nəticəsində həlak olub.

NOCOMMENT.az “Report” – a istinadən  məlumat verir ki, dron M.Abbasov şəxsi avtomobilində gedərkən onun üzərinə düşüb.

Onun nəşi dəfn üçün Azərbaycana göndərilib.

M.Abbasov Ukrayna vətəndaşı olub, Konstantinovkada yaşayıb.

Qeyd edək ki, Konstantinovka şəhəri hazırda aktiv döyüş əməliyyatları zonasıdır.