Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının namizədləri bütün bələdiyyələrdə 70%-dən çox səslə inamlı qələbə qazanır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Seçki qərargahımızın məlumatına görə, “Gürcü arzusu” bütün bələdiyyələrdə həm mer, həm də məclis seçkilərində inamla qalib gəlir. Üstəlik, bütün bələdiyyələrdə, o cümlədən Tiflisdə və digər böyük şəhərlərdə “Gürcü arzusu”nun lehinə səslər 70%-dən yuxarıdır”, – Kobaxidze deyib.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 17:00-a qədər 1 milyon 175 min 817 seçici səsvermədə iştirak edib ki, bu da ümumi seçicilərin 33,5 faizini təşkil edir.