“Qarabağ”dan daha bir qələbəbackend

“Qarabağ”dan daha bir qələbə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” komandası Premyer Liqada növbəti qələbəsini qazanıb.

NOCOMMENT.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv VII turda “Kəpəz”i qəbul edib.

“Azersun Arena”dakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qalibiyyəti ilə bitib.

37-ci dəqiqədə Samy Mmae fərqlənib. Rəqiblərindən bir oyun az keçirən Ağdam klubu 13 xalla ikinci pillədə qərarlaşıb. Yeddi matçın hamısında məğlub olan Gəncə təmsilçisi 12-ci sıradadır.

Günün ikinci matçında “Turan Tovuz” səfərdə “Sumqayıt”la üz-üzə gələcək.

Qeyd edək ki, VII tura oktyabrın 5-də yekun vurulacaq. Ötən gün “Araz-Naxçıvan” “İmişli”ni iki cavabsız qolla üstələyib. “Zirə” – “Neftçi” oyununda isə qalib müəyyənləşməyib – 2:2.