UEFA azərbaycanlı hakimi Türkiyənin oyununa təyin etdibackend

UEFA azərbaycanlı hakimi Türkiyənin oyununa təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

NOCOMMENT.az xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb.

A.Xudiyev 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Türkiyə – Litva görüşünün hakim-inspektoru olacaq.

H qrupunun oyunu oktyabrın 10-da Türkiyənin Sakarya şəhərində yerləşən “Sakarya Atatürk” stadionunda baş tutacaq.