ABŞ Prezidenti Donald Tramp Fələstinin HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi prosesində heç bir gecikməyə dözməyəcəyini bəyan edib.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə özünün “Truth Social” hesabında yazıb.
“Mən gecikmələrə və ya Qəzzanı yenidən təhlükəyə çevirəcək hər hansı nəticəyə dözməyəcəyəm”, -o yazıb.
Amerika lideri qeyd edib ki, HƏMAS tez hərəkətə keçməlidir, əks halda hər şey itiriləcək.