Naxçıvanda müəllim dərs zamanı öldü – Fotobackend

Naxçıvanda müəllim dərs zamanı öldü – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvanda müəllim məktəbdə vəfat edib.

NOCOMMENT.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə baş verib.

Orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, 21 illik pedaqoji təcrübəyə malik Nailə Kamil qızı Budaqova dərs zamanı qəfil halı pisləşərək yıxılıb.

İlkin ehtimala görə, müəllimin beyninə qan sızıb. Hadisə yerinə çağırılan tibbi yardımın səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.